AZ

İbrahim Uzunca baş məşqçi postundan niyə ayrılıb? - "Xankəndi"dən açıqlama

İbrahim Uzuncanın Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" klubunun baş məşqçi vəzifəsindən ayrılmasının səbəbi açıqlanıb.

Fanat.Az xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssisin öz istəyi ilə postunu tərk etdiyi bildirilib:

"İbrahim Uzunca bundan sonra klubda uşaq futboluna cavabdehlik daşıyacaq. Hazırda uşaq futbolu ilə bağlı başqa yerdə fəaliyyət göstərən mütəxəssis "Xankəndi"yə ondan tələb edilən vaxtı ayıra bilmədiyi üçün qarşılıqlı razılıq əsasında, öz istəyi ilə baş məşqçi vəzifəsindən gedib. Buna baxmayaraq, hazırda da klubla əməkdaşlıq edir və məsləhətlərini verir. Akademiya tam qurulub istifadəyə verildikdən sonra dəvət olunacaq. Baş məşqçi vəzifəsi üçün bir neçə yerli mütəxəssislə danışıqlar gedir. Yaxın günlərdə bəlli olacaq və bu barədə ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, 2025-ci ildən "Xankəndi"nin "sükanı arxasında" olan İbrahim Uzunca bu gün postundan ayrılıb. Lider "Qaradağ Lökbatan"la eyni - 39 xala malik "Xankəndi" hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Seçilən
18
3
fanat.az

10Mənbələr