2025-ci il ərzində ekoloji hüquqpozmalarla bağlı 3 milyon 812,70 min manat məbləğində cərimə tətbiq edilib.
Bunu "Report"un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O bildirib ki, Nazirliyin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən il ərzində 2754 protokol tərtib olunub.
"1044 iş hüquq-mühafizə orqanlarına göndərilib", - deyə o əlavə edib.