AZ

Baş nazir: ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu demək olacaq

Danimarkanın Baş naziri Mette Frederiksen bəyan edib ki, Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi NATO hərbi alyansının sonu mənasına gələcək.

"Report" AP-yə istinadən xəbər verir ki, o bu barədə ötən gün Danimarkanın TV2 telekanalına deyib.

Nəşr qeyd edib ki, onun şərhləri ABŞ Prezidenti Donald Trampın Venesuelada hərbi əməliyyatdan sonra strateji əhəmiyyətli, faydalı qazıntılarla zəngin olan adanın ABŞ-nin nəzarəti altına verilməsinə dair növbəti çağırışına cavab olaraq səslənib.

Baş nazir və onun qrenlandiyalı həmkarı Yens-Frederik Nilsen Trampın bəyanatlarını kəskin şəkildə pisləyib və fəlakətli nəticələr barədə xəbərdarlıq ediblər. Bir çox Avropa liderləri onlara dəstək ifadə ediblər.

"Əgər ABŞ NATO-ya üzv ölkələrdən birinə hücum etməyə qərar versə, hər şey dayanacaq. O cümlədən NATO və bununla da İkinci Dünya müharibəsinin sonundan təmin edilən təhlükəsizlik", - deyə M.Frederiksen bildirib.

Seçilən
34
1
far.az

2Mənbələr