““Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin yayımladığı “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi 2025” hesabatına görə, Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq sahəsində dünyada ən sürətlə irəliləyən ölkə olub”. 1news.az xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin öz sosial şəbəkə hesabında paylaşımında qeyd olunub: “Hesabatda bu nəticənin dövlət idarəçiliyində rəqəmsallaşmanın genişlənməsi, süni intellekt texnologiyalarının tətbiqi, həmçinin rəqəmsal infrastrukturun və insan kapitalının gücləndirilməsi sayəsində əldə edildiyi qeyd olunur. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyaya əsasən, Azərbaycanın prioriteti regional süni zəka və İT mərkəzinə çevrilərək innovativ və vətəndaşmərkəzli xidmətlərlə qlobal rəqabət qabiliyyətini artırmaqdır”.