AZ

Şou-biznesdə NARKOTİK QALMAQALI – Tanınmış müğənni polis idarəsinə APARILDI

Müğənni Alya (Alya Şahinler) narkotik vasitələrlə bağlı aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində saxlanılıb.

İnterpress.az xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq və Narkotik Cinayətləri İstintaq Bürosu tərəfindən həyata keçirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları İstanbul, İzmir, Dənizli və Muğla vilayətlərində əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda reydlər təşkil edib.

Əməliyyat nəticəsində aralarında sosial media fenomenləri və şou-biznes nümayəndələrinin də olduğu ümumilikdə 20-dən çox şübhəli saxlanılıb.

Saxlanılan şəxslər, o cümlədən müğənni Alya “narkotik vasitələrdən istifadə etmək”, “istifadəni təşviq etmək” və ya “yer təmin etmək”də şübhəli bilinirlər. Onlar tibbi müayinədən keçirildikdən sonra ifadələri alınmaq üçün polis idarəsinə aparılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr