AZ

"2025-ci il mənim üçün yaxşı keçdi, milli komandamızda mütəmadi çıxış etmək istəyirəm"

"Şamaxı"nın futbolçusu Rüfət Abbasov Sportal.az saytına açıqlama verib. 

O, komandasının yeni başlayan qış təlim-məşq toplanışındna danışıb: "Keçən illə müqayisədə bu il istirahət üçün daha çox vaxtımız oldu. Məşqlərimiz də artıq başlayıb, bilirik ki, ağır məşqlərimiz olacaq. Bu da bizim xeyrimizədir. Daha yaxşı formaya düşüb, yaxşı nəticələr qazanmaq istəyirik".

Abbasov 2025-ci ilin həm komandası,həm də özü üçün yaxşı alındığını deyib: "Hazırda komandamız 7-ci pillədədir. Məncə, yaxşı nəticədir. Amma daha yaxşı ola bilərdik. Çünki bəzi matçlarda ani diqqətsizlikdən qollar buraxdıq, qol epizodlarından yararlana bilmədik. Daha yaxşı pillədə ola bilərdik. Mövsüm davam edir. Daha yuxarı pillələrdə qərarlaşamağ çalışacağıq. 2025-ci il mənim üçün daha yaxşı keçdi, qollarım, asistlərim oldu, Azərbaycan milli komandasında debüt etdim. İstəyirəm ki, bunların davamı gəlsin. Milli komandamızda mütəmadi çıxış etmək istəyirəm. Bunun üçün əlimdən gələn edəcəm".

21 yaşlı müdafiəçi komandasının avrokubok şanslarını da dəyərləndirib: "Hazırda "Şamaxı" ilə müqaviləm var. Gələcəkdə nə olacaqsa, hamımız birlikdə görəcəyik. Komanda olaraq da avrokuboklarda oynamaq istəyərdik. Ən yaxşısını edəcəyik ki, avrokuboklar zonasında qərarlaşaq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
26
1
sportal.az

2Mənbələr