AZ

Fransada fermerlərin etirazları ilə əlaqədar qadağalar tətbiq olunub

Paris, 6 yanvar, AZƏRTAC

Fransanın bir çox regionlarında fermerlərin yenidən səfərbərliyi fonunda traktor və digər kənd təsərrüfatı texnikalarından ibarət karvanların hərəkəti yanvarın 8-dək qadağan olunub. Yanvarın 5-də yayımlanan prefektura qərarlarına əsasən, bu məhdudiyyətlər Yuxarı Fransa, Qərb bölgələri, Yeni Akvitaniya, Oksitaniya, Şərq və Cənub-Şərq regionlarını əhatə edir.

AZƏRTAC xəbər verir ki, qadağa yalnız kənd təsərrüfatı texnikalarına deyil, onları daşıyan ağır tonnajlı nəqliyyat vasitələrinə də şamil olunur. Bununla belə, gündəlik kənd təsərrüfatı işləri üçün müvafiq texnikaların hərəkətinə icazə verilir.

Bu qərarlar Kənd Koordinasiyası adlı həmkarlar ittifaqının Parisə traktorlarla yürüş etmək istəyini açıqlamasından sonra verilib. Buna baxmayaraq, təşkilatın rəhbəri Bertran Vanto fermerləri hökumətə tələblərini çatdırmaq üçün dinc şəkildə paytaxta gəlməyə çağırıb. O, hökumətlə görüşdən sonra narazılığını ifadə edərək, etirazların qadağalara baxmayaraq, müxtəlif formalarda davam edəcəyini bildirib.

 

Seçilən
68
2
azertag.az

3Mənbələr