AZ

Siyasi partiyaların 8 gün vaxtı qalıb

“Qanuna görə, yanvarın 15-nə qədər siyasi partiyaların Ədliyyə Nazirliyində reyestrində yenilənmələr həyata keçirilir. Siyasi partiyalar reyestrini yeniləmək üçün sənədlərini təqdim etməlidirlər”.

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, Milli İstiqlal Partiyasında bu məsələnin həlli üzərində iş gedir:

“Müvafiq sənədlərin vaxtında Ədliyyə Nazirliyinə təqdim edilməsi təmin olunacaq”.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməlidir. Bu Qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim etməlidir.

Seçilən
54
moderator.az

1Mənbələr