AZ

“Sabah” milli üzvünü birdəfəlik transfer etdi

"Sabah" Rusiyanın "Rubin" klubundan icarəyə götürdüyü Özbəkistan millisinin yarımmüdafiəçisi Umarali Raxmonaliyevi transfer edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 3 illik müddətə müqavilə imzalanıb.

"Bayquşlar" Kazan təmsilçisi ilə danışıqların yekununa əsasən, yarımmüdafiəçin transfer hüququna yiyələnib.

Qeyd edək ki, Raxmonaliyev 2025-ci ilin yanvarından "Sabah"da çıxış edir. O, masazırlıların heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

Seçilən
25
1
fanat.az

2Mənbələr