AZ

AİB Azərbaycanın da iştirak etdiyi "ağıllı enerji" ilə bağlı sub-layihəyə investisiya qoyacaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Ağıllı Enerji İnnovasiya Fondu (SmartEnergy Innovation Fund) çərçivəsində ümumi həcmi 1,5 milyon ABŞdolları olan ikinci sub-layihənin istifadəyə verildiyiniaçıqlayıb.

Trend AİB-əistinadən xəbər verir ki, bu sub-layihə Azərbaycan və Taylandadəstək məqsədi daşıyır.

Məlumata görə, sub-layihə "ağıllı enerji sistemləri"nə, bərpaolunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası üçüninfrastruktura, eləcə də benefisiar ölkələrdə innovativtexnologiyaların və rəqəmsal həllərin təşviqinə investisiyalarınqoyulmasını nəzərdə tutur.

Qeyd olunur ki, sub-layihə digər inkişaf etməkdə olan AİB-ə üzvölkələr (ADB DMCs) ilə aparılan cari müzakirələr və ehtiyaclarəsasında genişləndirilə bilər. Bura Qazaxıstan (elektromobillik vədoldurma infrastrukturu), Qırğız Respublikası (məlumat mərkəzləri)və Taylandla (məlumat mərkəzləri üçün dayanıqlı və etibarlı enerjitəchizatı) aparılan müzakirələr daxildir.

Məqalədə:
Seçilən
75
2
az.trend.az

4Mənbələr