“Azneft” İB əli yüklərlə dolu olan neftçiləri qışın soyuğunda 1 kilometr yolu piyada getməyə məcbur edib.
Ekologiya.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat paylaşıb. Neftçilərin ona müraciətini ictimailəşdirən hüquq müdafiəçisi bildirib ki, “Azneft” İB-in balansında bir avtobus yoxdur ki, əli yüklə dolu olan neftçiləri gəmiyə qədər aparsın:
Neftçi Rac Kərimov yazır ki, Qara Qarayev sərnişin gəmisinə minik zamanı Ziğ-2 nəzarət buraxılış məntəqəsindən gəmi limanına qədər olan 1 (bir) kilometr məsafəni piyada (yük çantaları ilə) qət etmişik:
https://tribuna.az/public/uploads/2026/01/tia_3a197f5599b633b6672178e363c88b5c_sxhp8cwt97kf2061m4en-300x162.png 300w, https://tribuna.az/public/uploads/2026/01/tia_3a197f5599b633b6672178e363c88b5c_sxhp8cwt97kf2061m4en-1024x551.png 1024w, https://tribuna.az/public/uploads/2026/01/tia_3a197f5599b633b6672178e363c88b5c_sxhp8cwt97kf2061m4en-768x414.png 768w, https://tribuna.az/public/uploads/2026/01/tia_3a197f5599b633b6672178e363c88b5c_sxhp8cwt97kf2061m4en-24x13.png 24w, https://tribuna.az/public/uploads/2026/01/tia_3a197f5599b633b6672178e363c88b5c_sxhp8cwt97kf2061m4en-36x19.png 36w, https://tribuna.az/public/uploads/2026/01/tia_3a197f5599b633b6672178e363c88b5c_sxhp8cwt97kf2061m4en-48x26.png
“Dişini-dişinə sixaraq çantaları sürüyən neftçilərin video-təşəkkürünü də təqdim edərdim, amma ehtiyyat etdim ki, bəzi kompliment sevməyən şəxslər mənə qarşı ağır cinayət işi açarlar ki, bəs, məxviləşdirilmiş ərazidə icazəsiz çekiliş aparmısan. Əyani təsəvvür üçün hamıya əlçatan olan gomap xəritəsində həmin traektoriyanı skrinşot olaraq təqdim edirəm.
Təklif edirəm, növbəti dəfə “Təşkilatı sağlamlaşdırma və əmək haqqı büdcəsində qənaət hədəfləri tədbirlər planına” uyğun olaraq bizləri elə 8 Noyabr prospektində düşürüb, birbaşa piyada olaraq gəmi limanına istiqamətləndirsinlər”.
Neftçilərin 1 km yolu piyada qətt etmələrinin səbəbini “Azneft” İB-dən öyrənməyə cəhd etdik. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul
https://tribuna.az/public/uploads/2026/01/tia_8cbcc179fdc797e83c940ff3ab41c561_ha7fe8zkvwmgxlpqyjo5-146x300.jpeg 146w, https://tribuna.az/public/uploads/2026/01/tia_8cbcc179fdc797e83c940ff3ab41c561_ha7fe8zkvwmgxlpqyjo5-499x1024.jpeg 499w, https://tribuna.az/public/uploads/2026/01/tia_8cbcc179fdc797e83c940ff3ab41c561_ha7fe8zkvwmgxlpqyjo5-768x1577.jpeg 768w, https://tribuna.az/public/uploads/2026/01/tia_8cbcc179fdc797e83c940ff3ab41c561_ha7fe8zkvwmgxlpqyjo5-748x1536.jpeg 748w, https://tribuna.az/public/uploads/2026/01/tia_8cbcc179fdc797e83c940ff3ab41c561_ha7fe8zkvwmgxlpqyjo5-12x24.jpeg 12w, https://tribuna.az/public/uploads/2026/01/tia_8cbcc179fdc797e83c940ff3ab41c561_ha7fe8zkvwmgxlpqyjo5-18x36.jpeg 18w, https://tribuna.az/public/uploads/2026/01/tia_8cbcc179fdc797e83c940ff3ab41c561_ha7fe8zkvwmgxlpqyjo5-23x48.jpeg