AZ

“Çelsi”nin yeni baş məşqçisi açıqlandı

İngiltərənin “Çelsi” klubu yeni baş məşqçisini elan edib.

İdman.Biz xəbər verir ki, bu barədə insayder jurnalist Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, London təmsilçisinin yeni baş məşqçisi Liam Rosenyor təyin olunub.

Məlumata görə, klub rəhbərliyi gənc və perspektivli mütəxəssislə uzunmüddətli layihə qurmaq niyyətindədir və komandanın yenidən formalaşdırılması məhz onun üzərindən aparılacaq.

Qeyd edək ki, Liam Rosenyor daha əvvəl İngiltərədə bir neçə klubda çalışıb və taktiki çevikliyi, gənc futbolçularla işləmək bacarığı ilə tanınır.

İdman.Biz
Məqalədə:
Seçilən
50
idman.biz

1Mənbələr