AZ

BMT-də ABŞ-ın hərəkətlərinə etiraz: Bu ölkələr tələb etdi ki...

BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı iclasında ABŞ-ın hərəkətləri Rusiya, Çin, Fransa və Danimarka da daxil olmaqla bir neçə ölkə tərəfindən sərt tənqid olunub.

Publika.az xəbər verir ki, Çin nümayəndə heyəti Nikolas Maduronun dərhal azadlığa buraxılmasında israr edərək bildirib ki, narkotik qaçaqmalçılığına qarşı mübarizəyə istinadlar suverenliyin və beynəlxalq hüququn pozulmasını əsaslandıra bilməz.

Fransa nümayəndəsi Parisin birtərəfli hərbi müdaxilə məntiqini qəbul etmədiyini vurğulayaraq, Venesuela hakimiyyətinə qarşı ciddi iddialarla belə, beynəlxalq hüququn suveren dövlətlərin liderlərinin oğurlanmasına icazə vermədiyini və bu cür hərəkətlərin təhlükəli bir presedent yaratdığını qeyd etdi.

Danimarka da oxşar mövqe tutaraq, hadisənin həddini aşdığını və beynəlxalq təhlükəsizlik sisteminə olan etimadı sarsıtdığını bildirib. Yalnız Böyük Britaniya və İsrail açıq şəkildə ABŞ-ı dəstəkləyərək, Vaşinqtonun hərəkətlərinin transmilli cinayətkarlığa qarşı mübarizənin bir hissəsi olduğunu iddia ediblər.

Seçilən
45
publika.az

1Mənbələr