Bakı. Trend:
Sabah “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “NBCBank”, “Günay Bank”, “Qafqaz İnkişaf Bankı” və “Atabank” ASC-lərəməxsus daşınmaz və daşınar əmlakların satışı üzrə açıq hərraclarkeçiriləcək.
Trend xəbərverir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumatyayıb.
Məlumata görə, 07 yanvar 2025-ci il tarixində saat 11:00-da“Bakı Hərrac Mərkəzi”ndə aşağıdakı əmlaklar açıq hərracaçıxarılacaq:
“Atabank” ASC
Bankın balansında olan daşınmaz əmlak Mingəçevir şəhəri, HeydərƏliyev prospektində yerləşir. 0,07 hektar torpaq sahəsində inşaolunmuş, iki girişli, iki mərtəbəli qeyri-yaşayış binasının ümumisahəsi 309,88 kv.m-dir.
Əmlakın ilkin satış qiyməti 450 min manat təşkil edir.
“Qafqaz İnkişaf Bankı” ASC
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 147Aünvanında yerləşən, ümumi sahəsi 1182,9 kv.m olan qeyri-yaşayışsahəsi satışa çıxarılır.
Əmlakın ilkin satış qiyməti 2 milyon 500 min manatdır.
“Günay Bank” ASC
Bankın balansında olan 2019-cu il buraxılışlı “Chery Tiggo 2”markalı minik avtomobili açıq hərraca çıxarılacaq.
Avtomobilin ilkin satış qiyməti 13 min manatdır.
“NBC Bank” ASC
Şamaxı rayonu, Məlhəm kəndində 0,12 hektar torpaq sahəsindəyerləşən, ümumi sahəsi 464,2 kv.m olan fərdi yaşayış evi satışaçıxarılır.
Əmlakın ilkin satış qiyməti 200 min manat müəyyən edilib.
Qeyd edilib ki, hərracda iştirak etmək üçün satış qiymətinin 5faizi həcmində beh ödənilməlidir. Əmlakın alış qiyməti qalibmüəyyən edildikdən sonra 7 təqvim günü ərzində tamödənilməlidir.
Hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyətvəsiqəsi, hüquqi şəxslər isə təsis sənədlərini təqdimetməlidirlər.
Hərracın keçiriləcəyi ünvan: Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (”AVİS” aptekininarxası).