Təqaüddə olan ABŞ ordusunun polkovniki Lorens Uilkersonun sözlərinə görə, Ukraynada davam edən hərbi münaqişəni maliyyələşdirən üç Avropa ölkəsinin lideri bu il vəzifələrini tərk edəcək.
BAKU.WS xəbər verir ki, Uilkerson bu barədə özünün YouTube kanalında bildirib.
"Sorğular göstərir ki, bu ölkələrin liderləri bu il istefa verəcəklər, çünki nə qədər qəribə səslənsə də, seçki sistemi hər üç ölkədə işə düşəcək və onları hakimiyyətdən məhrum edəcək".
Polkovnik əlavə edib ki, Ukrayna münaqişəsinin davam etməsi Avropa İttifaqı üçün dağıdıcıdır.