AZ

İranda xəstəxanaya basqın: Yaralı etirazçılar saxlanıldı

İranda təhlükəsizlik qüvvələri etirazlar zamanı yaralanan şəxslərin müalicə olunduğu xəstəxanaya basqın ediblər.

NOCOMMENT.az xəbər verir ki, hadisə 4 yanvar axşam saatlarında İlam şəhərində yerləşən İmam Xomeyni xəstəxanasında baş verib. Küçə toqquşmaları zamanı yaralanan etirazçılar və iştirakçılar xəstəxanaya gətirildikdən sonra təhlükəsizlik qüvvələri tibb müəssisəsinə daxil olub.

Bildirilir ki, siloviklər yaralıların saxlanılması məqsədilə xəstəxananın müxtəlif şöbələrinə zorla girib, bu zaman gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər. Hadisə xəstəxana personalı və pasiyentlər arasında ciddi təşviş yaradıb.

Baş verənlərlə bağlı ABŞ Dövlət Departamenti kəskin bəyanatla çıxış edib. Qurumun açıqlamasında və Dövlət Departamentinin X sosial şəbəkəsindəki farsdilli hesabında hadisə “qəddar hücum” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Bəyanatda vurğulanıb ki, təhlükəsizlik qüvvələrinin bu addımları beynəlxalq hüququ pozur və xəstəxanalar heç bir halda güc strukturlarının əməliyyat məkanına çevrilməməlidir.

Sara

Seçilən
40
nocomment.az

1Mənbələr