Bakı.Trend:
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin dahaşəffaf, operativ və müasir tələblərə uyğun şəkildə yoxlanılması vəizlənilməsi məqsədilə rəqəmsallaşma istiqamətində mühüm addım atıb.Bu çərçivədə “My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyəverilib.
Trend xəbərverir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, yeni rəqəmsal platforma vasitəsilə dənizçilərsənədlərini vahid mərkəzdən rahatlıqla izləyə biləcəklər. Sistemdənizçilərin sertifikatlarının (diplomlarının), xüsusi hazırlıqşəhadətnamələrinin statusunu, həmin sənədlərin elektronformalarını, dənizçilər üçün təşkil olunacaq təlimləri, onlaynmüraciətlərin göndərilməsi və cavabların alınmasını, eləcə dəmüxtəlif məlumat və maarifləndirici xarakterli bildirişlərin əldəolunmasını təmin edir.
Bundan əlavə, yaxın vaxtlarda DDLA-da keçirilən bütünimtahanların nəticələrinin də “My Cabinet” platforması üzərindəntəqdim edilməsi nəzərdə tutulur. Bu yenilik sənədlərinetibarlılığının operativ və şəffaf şəkildə yoxlanılmasına imkanyaradacaq, eyni zamanda saxtalaşdırma hallarının minimumaendirilməsində mühüm rol oynayacaq.
DDLA tərəfindən həyata keçirilən bu təşəbbüs dənizçiliksahəsində rəqəmsal transformasiyanın genişləndirilməsinə, xidmətkeyfiyyətinin yüksəldilməsinə və istifadəçi məmnuniyyətininartırılmasına yönəlib.
İstifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internetsəhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşakeçid linki (https://seafarer.ddla.gov.az)vasitəsilə daxil ola bilərlər.