“İmişli” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə klubu mövsümün ikinci hissəsinin hazırlıqlarına start verib. Məşqlərdə yeni oyunçular da iştirak edib.
Əldə etdiyimiz məlumata görə, I və II Liqada çıxış edən bir neçə futbolçu hazırda “İmişli”nin düşərgəsindədir. Məşqçilər heyəti onlara baxış keçirir.
Xatırladaq ki, “İmişli” 17 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.