AZ

Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU

Yaponiyanın Şimane və Tottori prefekturalarında ardıcıl bir neçə zəlzələ baş verib, onlardan birinin maqnitudası 6,2 təşkil edib.

Busaat.az “Japan Times”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Xəsarət alanlar və ya dəymiş ziyanla bağlı rəsmi məlumat hələ dərc edilməsə də, NHK telekanalı zəlzələ nəticəsində dörd nəfərin xəstəxanalara çatdırıldığını və bəzi binaların zədələndiyini bildirib.

10 kilometr dərinlikdə baş verən birinci zəlzələ mərkəzi Şimane prefekturasının şərq hissəsində qeydə alınıb.

Meteorologiya Agentliyi xəbərdarlıq edib ki, növbəti həftə ərzində, xüsusilə, yaxın iki-üç gündə 5 və daha yüksək ballıq zəlzələlər baş verə bilər.

Seçilən
72
busaat.az

1Mənbələr