AZ

Tanınmış azərbaycanlı həkimə Almaniyada vəzifə verildi - FOTO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim yeni vəzifəyə təyin olunub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, həkim Orxan Səfərov, MHBA Almaniyanın dövlət səviyyəli Mammografiya Skrininqi Proqramında Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyinat alıb. Bu vəzifə süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində həyata keçirilən milli profilaktik proqramın tibbi və təşkilati rəhbərliyini əhatə edir.

Qeyd edək ki,  Orxan Səfərov  2011-ci ildən etibarən Almaniyada yaşayır və tibbi fəaliyyət göstərir. O, ilkin olaraq Travmatologiya və Ortopediya sahəsində çalışıb. Daha sonra isə Radiologiya üzrə ixtisas həkimi kimi ixtisaslaşıb. O, 2021-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.) alıb, 2025-ci ildə Master of Health Business Administration (MHBA) təhsilini uğurla başa vurub. Orxan Səfərov MVZ Radiologie Troisdorf  tibb mərkəzində Ärztlicher Leiter (tibbi rəhbər) vəzifəsində çalışıb.

 Son dörd il ərzində yəni 2021-ci ildən etibarən  Dr. Sefaeov senologiya  süd vəzinin diaqnostikası və süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb.  

Seçilən
15
manset.az

1Mənbələr