AZ

Praqa aeroportunda sərnişindən qabaq təyyarəyə girməyə cəhd edilən şəxs saxlanılıb

Ötən gün Praqa aeroportunda sərnişin reysi Praqa–Bakı (AZAL) uçuşundan əvvəl bir şəxs yoxlamadan keçmədən qanunsuz olaraq təyyarəyə tərəf getməyə cəhd edib, Bu barədə Qafqazinfo məlumat yayıb. 

“Azərbaycan Hava Yolları”ndan (AZAL) bildirilib ki, insident uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə vaxtında qarşısı alınıb. Hadisə zamanı aeroportun təhlükəsizlik xidməti, polis və xüsusi xidmət əməkdaşları müdaxilə edərək şəxsi təyyarəyə daxil olmağa imkan verməyiblər.

İctimai fəal Mətanət Əzizova sosial mediada paylaşdığı məlumatda qeyd edib ki, şəxs sərnişinlərdən qabaq təyyarəyə daxil olmağa çalışıb və onu dayandırmaq üçün 30 dəqiqə ərzində müxtəlif təhlükəsizlik tədbirləri görülüb, o cümlədən xüsusi itlər və avadanlıqlar cəlb olunub.

AZAL bildirib ki, insidentlə bağlı hazırda hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır.

Aytac 

Seçilən
64
anews.az

1Mənbələr