2025-ci ildə ABŞ-da casusluq şübhəsi ilə əlaqəli həbs olunanların sayı əhəmiyyətli dərəcədə artıb.
Herbiand.az bildirir ki, bu barədə Federal Təhqiqat Bürosunun (FTB) X sosial səhifəsində məlumat verilib.
Qeyd olunub ki, casusluqla bağlı həbslərin sayı 35% artıb.
2025-ci ildə federal cinayət işləri ilə məşğul olan FTB 50 mindən çox həbs həyata keçirib. Xüsusilə 2,1 tondan çox sintetik opioid fentanil müsadirə edilib.
Bəxtiyar CƏFƏRLİ