
Türkiyənin İstanbul şəhərində təşkil olunan çirkli pulların yuyulması ilə bağlı "Kapalıçarşı" istintaqında 68 nəfər həbs olunub.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
İstintaq çərçivəsində İstanbul, Adana, Ankara, Bursa, Qaziantep, Şırnak, Şanlıurfa, Osmaniye, Sakarya, Kayseri, Kırıkkale, Rizə, Manisa, Muğla,Samsun da daxil olmaqla 14 fərqli əyalətdə əməliyyat keçirilib.Qeyd edək ki, şübhəli şəxslər tərəfindən əldə edilmiş 28 nəqliyyat vasitəsi, 41 əmlak, 11 yaşayış yeri və 8 biznes müsadirə edilib.İlahə QənbərliMissiya.Az