"Sabah" klubu icarə əsasında heyətində olan Umarali Raxmonaliyevi birdəfəlik transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Umarali ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. O, "bayquşlar"ın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.