AZ

Azərbaycanda ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq

Azərbaycanda ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq.

Bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.

Onun sözlərinə görə, yarış “Şahdağ” Turizm Mərkəzi və federasiyanın birgə təşkilatçılığı ilə baş tutacaq:

“Turnir üçün qeydiyyat prosesi sabah bitəcək. Bu günə olan məlumata əsasən, 20-dən çox idmançı yarışa qatılacaq. İsveçrə, Macarıstan, Sloveniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Özbəkistan və Honq-Konqdan olan xizəkçilər mübarizə aparacaqlar. Azərbaycanı isə Anastasiya Papatoma təmsil edəcək”.

Qeyd edək ki, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri yanvarın 8-11-i aralığında keçiriləcək.”Report”

Seçilən
70
3
interpress.az

4Mənbələr