AZ

İranda davam edən etirazlarda ölənlərin sayı 35-ə çatdı


İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Məlumata görə, ölənlərin 29-u etirazçı, 4-ü uşaq, 2-i isə təhlükəsizlik qüvvələrinin üzvləri olub.
Agentliyin məlumatına görə, ümumilikdə 1200-dən çox etirazçı saxlanılıb.
Etirazların başladığı müddət ərzində İranın 27 əyaləti və 88 şəhəri daxil olmaqla ən azı 257 yerdə etirazlar baş verib.
İran mediası isə son sutka ərzində etirazların zəiflədiyini və zorakılıq hallarının baş vermədiyini xəbər verib.
Seçilən
44
yeniavaz.com

1Mənbələr