AZ

Multikulturalizmin təbliği istiqamətlərində ardıcıl layihələr reallaşdırılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ötən il multikulturalizmin təbliği, islamofobiya və antisemitizmlə mübarizə, dağıdılmış mədəni irsin qorunması və bərpası istiqamətlərində ardıcıl layihələr reallaşdırıb, eləcə də nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm modelini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Mərkəzin 2025-ci ildə görülmüş işlərlə bağlı hesabatında yer alıb.

Bildirilib ki, ötən il Türkiyənin Ərciyəz Universiteti, Rumıniyanın İoan Kuza Universiteti, Bolqarıstanın Kliment Oxridski adına Sofiya Universiteti, Pakistanın Müsəlman İnstitutu, Yaponiyanın Hokkaydo Universiteti, Moldova Dövlət Pedaqoji Universiteti kimi ali təhsil ocaqlarında Xocalı soyqırımı və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib. Qahirədə Misir–Azərbaycan Dostluq Cəmiyyətində “Azərbaycanda multikulturalizm”, ABŞ-ın Yuta ştatının Baskerville İnstitutunda “Multikulturalizm ürək diplomatiyasının təməli kimi” və “Multikultural situasiya həyat tərzi və dövlət siyasəti kimi” mövzularında seminarlar təşkil olunub.

Ölkə daxilində “ASAN xidmət” könüllülərinin təşəbbüsü ilə “Azərbaycan – tolerantlıq və multikulturalizm məkanı” adlı panel müzakirə maraqla qarşılanıb. Bütün bunlar Azərbaycanın multikulturalizm modelinin həm akademik, həm də ictimai platformalarda daha geniş formada təqdim edilməsinə imkan yaradıb.

Seçilən
84
azertag.az

1Mənbələr