Polşanın Baş naziri Donald Tusk ölkə müxalifətini tənqid edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş nazir “X” sosial şəbəkəsində yazıb.
“Onlar demokratik seçkilərdə qələbəyə olan inamı itiriblər və “Tuskun diktaturasını” devirmək üçün xarici müdaxiləyə dua etməyə başlayıblar. Bundan daha aşağı düşmək mümkün deyil”, - paylaşımda deyilir.
Qeyd edək ki, daha əvvəl Polşa müxalifəti Donald Tuskun da Venesuela Prezidenti Nikolas Maduro kimi ələ keçirilərək ölkədən çıxarılması ilə bağlı çağırışlar edib.
"Cebheinfo.az"