AZ

İngiltərədə bəzi qidaların reklamı qadağan edildi

İngiltərədə həddindən artıq istifadə olunan zərərli qidaların reklamı qadağan edilib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən kök ölkəsi kimi tanınan İngiltərədə uşaqlıq dövrü piylənməsi ilə mübarizə məqsədilə televiziyada və internetdə atışdırmalıq məhsullarının reklamlarının bəzi saatlarda yayımlanması dayandırılıb.

Belə ki, səhər saat 05:30-dan axşam saat 21:00-a qədər televiziyada və internetdə qeyri-sağlam qida reklamlarının qadağan olunmasına dair qərar dünən qüvvəyə minib. Yeni qaydalara görə, müəyyən edilən vaxtlar ərzində şirniyyatlar, kartof cipsləri, pizzalar və bəzi səhər yeməyi məhsullarının da daxil olduğu yüksək yağ, duz və şəkər tərkibli qidaların reklamları artıq yayımlanmayacaq.

Seçilən
50
manset.az

1Mənbələr