AZ

"Səbail" legioneri ilə vidalaşmağa qərar verdi

Premyer Liqaya can atan "Səbail"də ayrılıq yaşanmaq üzrədir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi legionerlərindən biri ilə vidalaşmağa hazırlaşır. 

Söhbət malili Mohamed Sakodan gedir. Yayda komandaya cəlb olunan yarımmüdafiəçinin çıxışı baş məşqçi Adil Şükürovu qane etmir. Rəhbərlik hazırda vətənində olan 24 yaşlı futbolçuya özünə yeni klub tapmağı məsləhət görüb. Tərəflərin ortaq məxrəcə gələ biləcəyi gözlənilir.

Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mirağa

Seçilən
44
1
fanat.az

2Mənbələr