AZ

Putinin iqamətgahına hücumun arxasında onlar dayanır – Andrey

“Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına edilən hücumu Qərb kəşfiyyat orqanları həyata keçirib”.

Turkustan.az xəbər verir ki, bunu amerikalı hərbi analitik Andrey Martyanov deyib.

“Qərb kəşfiyyat orqanlarının Kiyevi istiqamətləndirdiyi aydındır. Onlar əsl terrorçulardır”, – deyə o bildirib.

Xatırladaq ki, dekabrın 29-da Novqorod vilayətində Putinin iqamətgahına pilotsuz təyyarələrlə hücum edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 91 pilotsuz təyyarə məhv edilib. Lakin Volodimir Zelenski Kiyevin hücumda iştirakını etiraf etməyib./Globalinfo.az

Seçilən
36
1
turkustan.az

2Mənbələr