Bakı. Trend:
Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindənaparılan Kapalıçarşı və Venera istintaqı çərçivəsində həbslərindördüncü dalğası başlayıb.
Trend Türkiyəmediasına istinadən xəbər verir ki, əlaqələndirilmiş şəkildə 15vilayətdə keçirilən əməliyyatlarda 68 nəfər şübhəli şəxs qismindəsaxlanılıb.
Onlar "çirkli pulların yuyulması"nda ittiham olunurlar.Şübhəlilərin cinayət yolu ilə əldə etdikləri düşünülən əmlaklarınahəbs qoyulub.
Əməliyyat zamanı qanunsuz mərc oyunları və dələduzluqdan əldəolunan gəlirlərin kriptovalyuta aktivləri vasitəsilə xaricəçıxarıldığı müəyyən edilib. Bu çərçivədə şübhəlilərə məxsusçoxsaylı nəqliyyat vasitələri, daşınmaz əmlaklar və iş yerlərimüsadirə olunub.
İstanbul Respublika Baş Prokurorluğunun" cinayət yolu ilə əldəedilmiş əmlak dəyərlərinin yuyulması" cinayətinin qarşısınınalınmasına yönəlmiş Kapalıçarşı istintaqı çərçivəsində barələrindəsaxlanılma qərarı verilən 80 şübhəlidən 68-i keçirilən əməliyyatlarnəticəsində tutulub.