AZ

Ölkə başçısı daxili və xarici siyasətlə bağlı konseptual baxışlarını bir daha ortaya qoydu- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin 2026 - cı ilin yanvarın 5 - də yerli televiziya kanallarına verdiyi müsahibə ölkə başçısının daxili və xarici siyasət ilə bağlı konseptual baxışlarını bir daha ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmədov deyib: "Azərbaycan beynəlxalq arenada praqmatik xarici siyasət aparır, bizim dünyadakı siyasi - iqtisadi tərəfdaşlarımızın sayı artır, ölkəmiz bir çox dövlətlərin ehtiyacı olduğu ölkədir. 
Ermənistan ilə yeni münasibətlərin əsası qoyulub və bu ildən başlayaraq biz yeni əməkdaşlıq istiqamətlərini görmüş olacayıq. 
Müsahibədə, həmçinin,  bölgədə hərbi-siyasi qarşıdurma mərhələsinin başa çatması və dövlətin inkişaf prioritetlərinin təhlükəsizlik gündəmindən institusional sabitlik və regional inteqrasiyaya yönəldiyi qeyd edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr