AZ

Bayramdan sonra necə qidalanaq? - Mütəxəssis rəyi

Bayram günlərində süfrələrin zənginliyi və qidaların müxtəlifliyi əksər hallarda normadan artıq və ağır qidaların qəbuluna səbəb olur. Bu isə bayramdan sonra həzm problemləri, halsızlıq və çəki artımı kimi hallarla müşayiət oluna bilər.

Bayram günlərində ağır və kalorili qidaların qəbulundan sonra orqanizmi yormadan gündəlik qidalanma rejiminə sağlam şəkildə qayıtmaq üçün hansı addımlar atılmalıdır? Bu keçid mərhələsində insanların ən çox yol verdiyi səhvlər nələrdir?

Suallarımızı cavablandıran qida eksperti Fərid Səfərov Sfera.az -a açıqlamasında bildirib ki, bayram günlərində ağır və kalorili qidaların qəbulundan sonra adi qidalanma rejiminə qayıdış mərhələli və balanslı şəkildə aparılmalıdır.

Onun sözlərinə görə, burada əsas məqsəd orqanizmə "cəza" vermək deyil, onu yenidən tarazlı vəziyyətə qaytarmaqdır:

"Mütəxəssislər bayramdan sonrakı ilk günlərdə su qəbulunun artırılmasını, yüngül, lakin doyurucu yeməklərə üstünlük verilməsini tövsiyə edirlər. Şorbalar, buxarda bişmiş tərəvəzlər, qatıq, kefir, yumurta, balıq və toyuq əti həzm sistemini yormadan keçidi asanlaşdırır. Porsiya ölçülərinin tədricən normallaşdırılması, lifli qidaların rasiona daxil edilməsi və gündəlik yüngül fiziki aktivlik də bu dövrdə vacib amillər sırasındadır".

Ekspert keçid mərhələsində ən çox buraxılan səhvləri də qeyd edib:

"Sərt pəhrizlərə başlamaq, yeməkləri buraxmaq və kəskin kalori məhdudiyyətinə getmək ən çox buraxılan səhvlər sırasındadır. Xüsusilə "detoks" adı altında ac qalmaq maddələr mübadiləsini zəiflədə, səhər yeməyindən imtina isə gün ərzində həddindən artıq qida qəbuluna səbəb ola bilər. Bundan əlavə, şirniyyat və çayın "kompensasiya" məqsədilə artırılması, eləcə də özünü günahlandırmaq psixoloji gərginlik yaradaraq həm iştahı, həm də həzm prosesini mənfi təsir altına salır. Bayramdan sonra düzgün qayıdış sakit, planlı və real olmalı, orqanizmə onu zorlamadan normaya düşmək üçün vaxt verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
1
olaylar.az

2Mənbələr