AZ

İsrail Livanı VURDU

İsrail hava qüvvələri ölkənin üçüncü ən böyük şəhəri olan Sidon da daxil olmaqla, Livanın cənubundakı bir neçə ərazidə hədəflərə zərbələr endirib. Vətəninfo.az Euronews-ə istinadən  xəbər verir ki, zərbələrdən biri sahil şəhəri Sidonda üçmərtəbəli binanı yerlə yeksan edib. Zərbə Livan ordusu komandirinin Hizbullahın tərksilah edilməsi barədə hökumətə hesabat verməsindən bir neçə gün əvvəl baş verdi.

“Bina işlək ticarət rayonunda yerləşirdi və içəridə mexaniki emalatxanalar da var idi. Yerli sakinlərin sözlərinə görə, orada yaşayış olmayıb. Tələfat barədə məlumat verilməyib, lakin ən azı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, – deyə açıqlamada bildirilir.

Xilasedicilər bölmələrinin uçmuş binanın yerində və digər təsirlənmiş ərazilərdə axtarış aparmağa davam etdiyini bildiriblər. İsrail Müdafiə Qüvvələri bildirib ki, onlar həm yerüstü, həm də yeraltı bir neçə silah anbarına və hərbi obyektə, eləcə də Livanın cənubundakı HƏMAS silah istehsalı müəssisələrinə zərbələr endiriblər.

Seçilən
47
veteninfo.az

1Mənbələr