AZ

“Zirə”li legionerin millisi Afrika Millətlər Kuboku ilə vidalaşdı

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Nigeriya millisi Mozambiklə üz-üzə gəlib.

Görüşün iştirakçıları arasında “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martines Quima da olub. Mozambik yığmasının start heyətində yer alan yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

Qarşılaşma Nigeriya yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Mozambik yığması turnirlə vidalaşıb. Nigeriya isə 1/4 finala adlayıb. Komandanın növbəti mərhələdəki rəqibi Əlcəzair - Konqo cütünün qalibi olacaq.

Nigeriya - Mozambik - 4:0
Qollar:
Lukman, 20, Osihmen, 25; 47, Adams, 75

Seçilən
46
2
sportinfo.az

3Mənbələr