Polşanın baş naziri Donald Tusk Venesuela prezidenti Nikolas Maduronun ardınca onun da oğurlanmasına dair çağırışlara görə yerli müxalifəti tənqid edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
"Onlar demokratik seçkilərdə qələbələrinə inanmağı dayandırıblar və "Tusk diktaturası"nı devirmək üçün kənardan müdaxiləyə dua etməyə başlayıblar. Bundan aşağı enmək artıq mümkün deyil", - deyə baş nazir yazıb.
Qeyd edək ki, Maduro xanımı Siliya Floreslə birlikdə yanvarın 3-də ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində ələ keçirilərək Nyu-Yorka aparılıb.