AZ

Yaponiyada 6 baldan yuxarı zəlzələ olub

Yaponiyada güclü zəlzələ baş verib.

Far.Az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Honşu adasının şərqindəki Şimane prefekturasında, yerin on kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin gücü 6,2 bal olub.

Ölkə daxilində bir neçə yaşayış məntəqəsində güclü təkanlar hiss edilib - Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə təkanların gücü beş bal olub. Ada üçün sunami xəbərdarlığı verilməyib.

Xatırladaq ki, Yaponiyada son zəlzələ 30 dekabrda baş verib. Təkanlar Ryukyu adaları yaxınlığında baş verib. Seysmik hadisənin gücü 5,5 bal olub.

Seçilən
71
far.az

1Mənbələr