AZ

Məşhurlara qarşı aparılan narkotik əməliyyatları davam etdirilir

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik əməliyyatları davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu dəfə "Cicişlər" kimi tanınan Ceyda- Esra Ersoy bacılarından Ceyda Ersoy saxlanılıb.

Bundan başqa səhnə adı "Alya" olan müğənni Alya Şahinler də saxlanılıb.

Hər iki məşhur barəsində narkotik vasitələriistifadə məqsədilə saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq kimi ittihamlar irəli sürülüb.

Qeyd edək ki, İstanbul Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları İstanbul, İzmir, Denizli və Muğlada əməliyyat keçirib.

Əməliyyat zamanı aktyor Doğukan Güngör, sosial media fenomeni Burak Altındağ, eləcə də Binnur Buse Alper, Merve Eryiğit, Özge Bitmez, Veysel Avcı, Sevgi Taşdan, Sedef Selen Atmaca, Arif Altunbulak, Gizem Özköroğlu, Gülsüm Bayrak, Saniye Deniz, Merve Uslu, Ece Cerenbeli, Berna Aracı, Lerna Elmas, Ceren Yıldırım, Gözde Anuk, Duygu Açıksöz, Nevin Şimşek, Hakan Yıldız, Muzaffer Yıldırım və Koray Beşli saxlanılıblar.

Şübhəlilərdən Bülent Tetikin başqa cinayətə görə həbsdə olduğu bildirilib.

Seçilən
50
far.az

1Mənbələr