AZ

Ötən il 41 erkən nikahın qarşısı alınıb

Bakı. Trend:

2025-ci il ərzində qarşısı alınan erkən nikahların sayı məlumolub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın, UşaqProblemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən il ümumilikdə Dövlət Komitəsi və DövlətKomitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləritərəfindən 60 erkən evlilik halı ilə araşdırmalar aparılıb.

Aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısıalınıb, 12 fakt isə təsdiqini tapmayıb.

Məqalədə:
Seçilən
49
20
az.trend.az

10Mənbələr