Bakı. Trend:
Çin avtomobil brendlərinin Böyük Britaniyada artan populyarlığıölkədə ümumi avtomobil satışlarının 2019-cu ildən bəri ilk dəfəolaraq 2 milyon həddini keçməsinə səbəb olub.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Avtomobil İstehsalçıları vəTicarətçiləri Cəmiyyətinin (SMMT) ilkin məlumatlarına əsasən,2025-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş 2 milyon yeniavtomobilin 9,7%-i və ya təxminən 196 min ədəd nəqliyyat vasitəsiÇin şirkətlərinin payına düşüb. Bu göstərici 2024-cü ildə Çinistehsalçılarının əldə etdiyi 4,9%-lik bazar payı ilə müqayisədədemək olar ki, iki dəfə çoxdur.
Elektrikli avtomobillərin satışı ötən illə müqayisədə təxminən25% artaraq rekord səviyyə — 473 min ədədə çatıb. Bu da ümumibazarın 23,4%-ni təşkil edir ki, bu göstərici əvvəlki illəmüqayisədə 4 faiz bəndi çoxdur. Artım Böyük Britaniyada satılanyeni avtomobillərin orta karbon emissiyalarının ötən ilə nisbətən10% azalmasına töhfə verib.
Çin istehsalçılarından "BYD"nin satışları ötən illə müqayisədəaltı dəfə artaraq 51 min ədədə çatıb. "Chery" brendlərinin satışıisə 13 dəfə artaraq 54 min ədəd olub. "MG" markası 85 min avtomobilsataraq Almaniyanın "Mercedes-Benz" və Cənubi Koreyanın "Hyundai"brendlərinin göstəricilərinə yaxın nəticə nümayiş etdirib.