AZ

ABŞ-ın texnologiya nəhənglərini parçalamaq planı yavaş-yavaş irəliləyir

ABŞ administrasiyasının Google, Meta, Apple və Amazon kimi böyük texnologiya şirkətlərini parçalamaq cəhdləri gözlənilən sürəti qazanmır, çünki məhkəmələr birbaşa, sərt struktur sanksiyalarından yayınır. Analitiklər vurğulayırlar ki, işlərdəki gecikmələr hökumətin antiinhisar strategiyasını çətinləşdirir.

ABŞ-ın texnologiya nəhənglərini parçalamaq və onların bazar gücünü məhdudlaşdırmaq səyləri son zamanlar məhkəmə qərarları ilə əngəllənib. Federal qurumlar bəzi şirkətlərdən, əsasən Google və Meta şirkətlərindən biznes bölmələrini ayırmağı tələb etsələr də, məhkəmə orqanları bu mövzuda məcburi qərarlar verməkdən yayınıblar.

Bu proses Donald Tramp administrasiyası dövründə başlanan və Co Bayden administrasiyası dövründə genişlənən ən əhatəli antiinhisar tədbirlərindən biri kimi qəbul edilib.

Məhkəmələrin tərəddüdlü yanaşması

Financial Times qəzetinin məlumatına görə, prokurorlar texnologiya şirkətlərinin qanunsuz inhisarlar yaratdıqlarına dair bəzi əhəmiyyətli qərarlar əldə ediblər. Lakin hakimlər şirkətləri parçalamaq və ya illər əvvəl edilən satınalmaları geri qaytarmaq kimi sərt struktur tədbirləri həyata keçirməkdə tərəddüd ediblər.

Seçilən
39
kommersant.az

1Mənbələr