AZ

Bakıda 72 yaşlı qadın qazdan boğulub ÖLDÜ

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Milli.Az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 

Rayon sakini, 1954-cü il təvəllüdlü Sədiqə Mahmud qızı Hüseynovanın meyiti yaşadığı evdə aşkar edilib.

Onun dəm qazından boğulduğu ehtimal olunur. 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Milli.Az

Seçilən
60
1
milli.az

2Mənbələr