AZ

Azərbaycan vətəndaşları da daxil olmaqla 13 nəfər Gürcüstandan deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə həyata keçirilən xüsusi tədbirlər çərçivəsində Azərbaycan da daxil olmaqla 6 ölkənin 13 vətəndaşını Gürcüstandan deportasiya edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Miqrasiya Departamenti müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində kompleks immiqrasiya nəzarəti tədbirləri həyata keçirib.

Nəticədə Türkmənistan, İran, Kuba, Türkiyə, Tailand və Azərbaycanın vətəndaşları ölkədən çıxarılıb.

Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərə Gürcüstana yenidən giriş qadağan edilib.

Rəsmi statistikaya görə, ötən il ərzində Gürcüstandan deportasiya edilən xarici vətəndaşların ümumi sayı 1311 nəfər təşkil edib.

Seçilən
53
3
far.az

4Mənbələr