AZ

ABŞ: Danimarkanın Qrenlandiya üzərində nəzarəti şübhəlidir

Danimarkanın Qrenlandiya üzərində hüquqi nəzarəti şübhəlidir.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Stiven Miller CNN-ə müsahibədə deyib.

"Qrenlandiyanın Danimarka müstəmləkəsi olmasının əsası nədir? ABŞ-ın Arktika bölgəsinin təhlükəsizliyini təmin etməsi və NATO-nun maraqlarını qoruması üçün Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazımdır", - deyə o vurğulayıb.

Bununla da Miller Danimarkanın Qrenlandiya üzərində nəzarətinin qanuniliyini şübhə altına alıb və Kopenhagenə niyə bu hüququn verildiyinin düşündürücü olduğunu iddia edib.

Xatırladaq ki, bundan əvvəl Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen bildirib ki, Qrenlandiya ABŞ ilə dialoqa açıqdır. O, iki ölkə arasında qarşılıqlı əlaqələrin hörmətlə və ilhaq təhdidi olmadan davam etməli olduğunu vurğulayıb.

Seçilən
52
publika.az

1Mənbələr