Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 2025-ci ildə həm yerli, həm də beynəlxalq müstəvidə intensiv və çoxşaxəli fəaliyyət göstərib. Mərkəz il ərzində multikulturalizmin təbliği, islamofobiya və antisemitizmlə mübarizə, dağıdılmış mədəni irsin qorunması və bərpası, Qərbi azərbaycanlıların qayıdış hüququnun gündəmdə saxlanılması, eləcə də neokolonyalizmə qarşı mübarizə istiqamətlərində ardıcıl layihələr reallaşdırıb və nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm modelini təqdim edib. Hesabat ilində BBMM-in təşkilatçılığı və iştirakı ilə 18 yerli və beynəlxalq konfrans keçirilib, Mərkəzin beynəlxalq fəaliyyəti isə 15 ölkəni əhatə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta