AZ

907-ci düzəlişin əsaslandırıldığı blokada anlayışı artıq mövcud deyil - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini açıq şəkildə ortaya qoyur. Dövlətimizin başçısının açıqlamaları Azərbaycanın xarici siyasətinin milli maraqlara, strateji məqsədlərə və uzunmüddətli perspektivə söykəndiyini nümayiş etdirir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə realist yanaşma, milli maraqların qorunması və strateji əməkdaşlıq Azərbaycanın uğurlu siyasətinin təməlini təşkil edir:

“Bildiyiniz kimi, bugünkü dünyada beynəlxalq hüquq anlayışı faktiki olaraq işləmir. Biz bunun Vətən müharibəsi zamanı və ondan əvvəlki dövrlərdə də dəfələrlə şahidi olmuşduq.Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq qeyd etdi ki, “reallığı hər kəs qəbul etməlidir. Bu gün beynəlxalq münasibətlərdə əsas meyar güc balansı, əməkdaşlıq, müttəfiqlik münasibətləri və qarşılıqlı dəstəkdir. Dövlətimizin başçısının bu açıqlamaları Azərbaycanın xarici siyasətinin realist və praqmatik əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir”.

S.Salmanova bildirib ki, uzun illərdir beynəlxalq hüququn norma və prinsiplərinə selektiv yanaşma, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd münasibət və ikili standartlar dünya siyasətinin acı reallıqlarından biri kimi özünü göstərir:

“Xüsusilə də Azərbaycanla bağlı məsələdə ədalətsiz yanaşma açıq şəkildə müşahidə olunurdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb edilsə də, bu sənədlər 27 il ərzində kağız üzərində qaldı. Beynəlxalq hüququn əsas prinsipləri – dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı faktiki olaraq tapdalanırdı. Təəssüf ki, bu müddət ərzində beynəlxalq təşkilatlar real təsir mexanizmlərini işə salmaq əvəzinə status-kvonun qorunmasına üstünlük verirdilər. Bu reallıq 2020-ci ilin payızında, Vətən müharibəsi zamanı bütün çılpaqlığı ilə üzə çıxdı. Azərbaycan dövləti 30 ilə yaxın dövrdə səbrlə və ardıcıl şəkildə apardığı diplomatik səylərin nəticə vermədiyini, Ermənistanın ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı genişmiqyaslı təxribata əl atdığını gördükdə beynəlxalq hüququn ona verdiyi legitim özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. BMT Nizamnaməsinin 51-ci maddəsi hər bir dövlətə özünü müdafiə etmək hüququ tanıyır və Azərbaycan bu hüququndan tam əsaslı şəkildə istifadə etdi. Vətən müharibəsi göstərdi ki, beynəlxalq hüquq yalnız sənədlərdə deyil, eyni zamanda siyasi iradə və güclü dövlətçilik mövqeyi ilə də qorunur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və Xalq–Ordu–Lider birliyi sayəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan nəinki öz torpaqlarını azad etdi, eyni zamanda beynəlxalq hüququn illərlə icra olunmayan norma və prinsiplərini faktiki olaraq reallaşdırdı”.

Deputat vurğulayıb ki, artıq bütün dünya Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri qəbul edir və ölkəmizin haqlı mövqeyini aydın şəkildə görür:

Seçilən
80
1
aznews.az

7Mənbələr