Premyer Liqa hədəfi ilə mövsümə başlayan “Səbail” qış fasiləsində bir neçə oyunçu ilə yolları ayıracaq.
İdmanxeber.az-a verilən məlumata görə, onlardan biri Mohamed Sakodur. Oyunçu baş məşqçi Adil Şükürovun planlarına daxil deyil. Təcrübəli mütəxəssis bu barədə artıq rəhbərliyi məlumat verib.
Onunla yanaşı, “dənizçilər” daha bir neçə futbolçu ilə yolları ayıracaq. Yerli oyunçulardan 2-3 nəfərin də komandanı tərk edəcəyi gözlənilir.
Xatırladaq ki, Momo Sako “Neftçi”də çıxış edən Falaye Sakonun kiçik qardaşıdır.