Bu gün Parisdə təxminən 35 ölkənin lideri gələcək sülh sazişinin vacib komponenti olan Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün görüşəcək.
Fransa prezidenti Emmanuel Makron bir qədər əvvəl Yeni il çıxışında bildirib ki, istənilən razılaşmadan sonra Ukraynanı gələcək təcavüzdən qorumaq üçün “möhkəm öhdəliklər” olacaq: “6 yanvarda Parisdə bir çox Avropa dövləti və müttəfiqləri Ukraynanı müdafiə etmək və Avropa qitəsində ədalətli və davamlı sülhü təmin etmək üçün konkret öhdəliklər götürəcəklər”.
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın müşaviri Cared Kuşnerin Paris sammitində iştirakı gözlənilir.
P.ƏMİRCANOV
XQ