AZ

Lider komanda “İmişli”nin futbolçusunun razılığını aldı – Transfer başa çatır

Birinci liqanın lideri “Şəfa” transfer çalışmalarını sürətləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu heyətini Premyer Liqada çıxış edən “İmişli”nin futbolçusu İmbrahim Əliyevlə gücləndirir.

Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb.

“İmişli”də əsas heyətə düşməkdə çətinlik çəkən 27 yaxşlı futbolçu Premyer Liqaya yüksəlməkdə olan “Şəfa”nın bu təklifinə müsbət yanaşıb. Onunla 5 ay+1 il müqavilə nəzərdə tutulub.

Seçilən
35
idmanxeber.az

1Mənbələr